...

Kifayət qədər yağ yeməyən uşaqlarda hansı problemlər yaranır?

Cəmiyyət Materials 18 Fevral 2020 01:02 (UTC +04:00)
Qidanın tərkibinə daxil olan yağlar həm südəmər, həm də məktəbəqədər uşaqlar üçün əsas enerji mənbəyi olmaqla yanaşı, onları əvəz edilməyən yağ turşuları, yağda həll olan A,D,E və K vitaminləri ilə təmin edir.
Kifayət qədər yağ yeməyən uşaqlarda hansı problemlər yaranır?

Bakı. İlhamə İsabalayeva – Trend:

Qidanın tərkibinə daxil olan yağlar həm südəmər, həm də məktəbəqədər uşaqlar üçün əsas enerji mənbəyi olmaqla yanaşı, onları əvəz edilməyən yağ turşuları, yağda həll olan A,D,E və K vitaminləri ilə təmin edir.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, enerjinin təqribən 50%-i ana südünün tərkibindəki yağların hesabına hasil olur. İstər bitki, istər heyvan mənşəli qida məhsullarının tərkibindəki yağ özündə bütün növ lipidləri birləşdirir:

"Heyvan mənşəli qida məhsullarının tərkibindəki yağlar (ət, inək südü) əsasən doymuş yağ turşularından, bitki mənşəli qida məhsulları və balıqda isə mono və poli doymamış yağ turşularından ibarətdir. Orqanizmə kifayət qədər yağ daxil olmadıqda, uşaqlarda boy artımında ləngimə və müxtəlif növ digər pozulmaların olması, inkişafın sonrakı mərhələlərində isə ürək-damar xəstəlikləri riskinin olması barəsində bəzi epidemioloji məlumatlar da mövcuddur. Hiperxolesteremiya xəstəliyi olan uşaqların qida rasionunda yağ istehlakına xüsusi diqqət yetirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti