“Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir (FOTO)

“Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir (FOTO)

Bakı. Trend:

Milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunması prioritet vəzifədir.

Müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır.

Cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar. Bu platformanın səmərəli əks-əlaqə imkanları onu əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də təsir kanalına çevirir. Sosial şəbəkələr yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, ailə institutuna, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə və tərbiyəsinə, ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təhlükələr doğurur.

Son illərdə sosial şəbəkələrin milli təhlükəsizliyə yaratdığı təhdidlərlə bağlı narahatlıqlarını dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ictimaiyyət nümayəndələri və elmi mərkəzləri də etiraf edirlər. Burada müxtəlif mümkün risk ssenariləri - terrorçu, ekstremist, radikal qruplar tərəfindən sosial media platformalarından təbliğat və təşviqat aləti kimi geniş istifadə olunması, dini, milli, irqi ayrı-seçkiliyə çağırışlar və digər təhdidlər birbaşa vətəndaşın, dövlətin və cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və səyləri nəticəsində gənc nəslin vətənpərvərlik, xalqımızın qədim və zəngin tarixinə, milli adət-ənənələrinə, mədəni və mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi, onların müasir elmin və təhsilin verdiyi üstünlüklərdən bəhrələnmələri üçün dövlət tərəfindən geniş imkanların yaradılması ölkəmizdə həyata keçirilən uğurlu milli inkişaf strategiyasının prioritet vəzifələrindəndir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Təhsil Nazirliyi və yerli icra hakimiyyətləri strukturlarının birgə təşkilatçılığı ilə təhsil müəssisələrinin yuxarı sinif şagirdləri və tələbələri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir. Bu seminarların başlıca məqsədi dövlət mənafelərinin təmin olunması, milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunmasıdır.

Trend-in məlumatına görə, seminarlar DTX-nin bu sahə üzrə peşəkar mütəxəssisləri, o cümlədən DTX-nin Heydər Əliyev adına Akademiyasının təcrübəli əməkdaşları tərəfindən aparılır.

2020-ci il fevralın 20-də DTX-nin təşkilatçılığı, Təhsil Nazirliyinin, Mingəçevir şəhər, Yevlax, Ağdaş və Goranboy rayonlarının icra hakimiyyəti strukturlarının dəstəyi ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən, yuxarı sinif şagirdlərinin də çıxışçı qismində iştirak etdikləri interaktiv seminara qeyd olunan şəhər və rayonlarının təhsil müəssisələrinin ümumilikdə 570-dən çox yuxarı sinif şagirdi və tələbəsi qatılıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatisi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.

Mərkəzin akt zalında davam edən tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət himni səsləndirilib.

Sonra sosial şəbəkələrin insanların gündəlik həyatlarına təsiri, müsbət və mənfi tərəflərini əks etdirən video-çarx nümayiş olunub.

Tədbiri Mingəçevir ŞİH-nin başçısı İlham İsmayılov açaraq belə mühüm maarifləndirmə və tədris formalarının əhəmiyyətini vurğulayıb. O, bu seminarın dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın uşaqların və yeniyetmələrin milli ruhda tərbiyəsinə, inkişafına, təhsilinə və kamil vətəndaş kimi formalaşmalarına, ümumilikdə uğurlu gənclər siyasətinə növbəti töhfələri olduğunu qeyd edib.

İ.İsmayılov DTX-nin bu təşəbbüsünün təqdirəlayiq olduğunu və indiyədək keçirilən seminarların müəllim-şagird və tələbə kollektivləri tərəfindən rəğbətlə qarşılandığını bildirib.

Sonra DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə edilisin. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi prioritet məsələlərdəndir.

Seminarda Akademiyanın kafedra rəisi D.Rüstəmovun, psixologiya üzrə fəlsəfə doktoru dosent M.Sadıqovanın, hüquq üzrə fəlsəfə doktoru E.Balacanovun “Sosial şəbəkələr və milli təhlükəsizlik: mövcud təhdid və risklər”, “Sosial şəbəkələrdən məqsədli istifadənin faydaları”, “Sosial şəbəkələrin gənclərin psixikasına təsiri”, “Sosial şəbəkələrin gənclərin həyatında yaratdığı problemlərə ümumi baxış” və digər aktual mövzularda məruzələri dinlənilib.

Seminarda yuxarı sinif şagirdləri Aytac Mustafayeva və Cavid Mirzəzadə sosial şəbəkələrin müsbət və mənfi tərəflərinin öz təcrübələrində onların həyatlarına təsirləri barədə fikirlərini bölüşüblər.

Böyük maraqla qarşılanan seminar sonra şagird və tələbələrin yaxından iştirakları ilə onları düşündürən suallar ətrafında interaktiv müzakirələrlə davam edib.

Avrozonanın iqtisadiyyatını dəstəkləmək üçün yeni tədbirlər görüləcək
Avrozonanın iqtisadiyyatını dəstəkləmək üçün yeni tədbirlər görüləcək
Martın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Martın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Martın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Martın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı min nəfəri ötüb
Alov Qüllələrində "Biz birlikdə güclüyük!", "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" sloqanları əks olunub (VİDEO)
Prezident İlham Əliyev həkimləri alqışladı (VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir (FOTO)
Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatıb (FOTO)
Azərbaycan Prezidenti: Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq
Prezident İlham Əliyev: Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar, ona görə də tədbirlər daha da sərtləşdiriləcək
Azərbaycan Prezidenti: Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik
UNEC rektoru: Distant ali təhsil: 3 addım
Prezident İlham Əliyev: Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz
Azərbaycan Prezidenti: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
Prezident İlham Əliyev: Hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq
Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb (VİDEO)
Prezident İlham Əliyev: Əgər biz səhiyyə sahəsinə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi
Dövlət Komitəsi “Ailələrə zəng” aksiyasını davam etdirir (FOTO)
Azərbaycan Prezidenti: Koronavirus xəstələri hazırda ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir
Xüsusi karantin rejimini pozaraq Bakıya gələn şəxslər həbs edildi (FOTO)
Azərbaycanda daha 17 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi - Operativ Qərargah
YAP könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər (FOTO)
Karantin rejimində sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir
“Azərişıq” ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır
Səməd Seyidov AŞ PA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
Xaçmazda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)
Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu
Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA
Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı (VİDEO)
Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət
Zamanında mühüm xidmət növü - AptekOnline.az! (VİDEO)
Birinci sinfə elektron qeydiyyata yenidən start verilir
Azəriqaz: Daha az işçi ilə maksimum iş imkanları səfərbər olunur
Quba polisi gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Təhsil Nazirliyi vətəndaş qəbulunu bu tarixədək dayandırdı
Daha bir qrup sənət adamı koronavirusla bağlı vətəndaşlara müraciət ediblər (VİDEO)
Ağcabədidə yük avtomobili yandı
Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb
DİN: Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanılıb
Tədrisi digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
AZAL #EVDƏQAL təşəbbüsü çərçivəsində yeni kampaniyaya start verir (FOTO)
TƏBİB-dən 6 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama
Bakıda mağazalardan oğurluq edən şəxs saxlanıldı
“Evdə qal” devizi altında aksiya davam etdirilir (FOTO)
Xaçmaz polisi karantin rejimi ilə bağlı gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Psixoloq: Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı
Qüdrət Həsənquliyev: Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir
İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürüldü
“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib (FOTO)
AZAL yalnız yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edir
İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb
Gəncədə əhali COVİD-19 infeksiyası ilə bağlı maarifləndirilir (FOTO)
Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
ABŞ koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollar yardım ayırıb
Cəlilabadda karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq edildi (FOTO)
Sabah Bakıda 17 dərəcə isti olacaq
İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb
Bakıda qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı
Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
Ötən gün 25 cinayətin üstü “isti izlər”lə açılıb
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu
Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)
Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı (FOTO)
Sərdar Cəlaloğlu: Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz
Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür (VİDEO)
Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ (VİDEO)
İranda koronavirusla əlaqədar ilk səyyar laboratoriya istismara verilib (FOTO)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı
Telekanallar milli filmləri nümayiş etdirəcək
Dənizçilər #evdəqal aksiyasına qoşulublar
İranda koronavirusla mübarizəyə böyük vəsait ayrılıb
SOCAR-ın prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub (FOTO)
ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək
Sübut Əsədov: Tofiq Yaqublunun həbsini siyasiləşdirmək yolverilməzdir
Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb
"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib (FOTO)
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur
“Könüllü DOST”lardan tənha yaşlılara əsl dost dəstəyi (FOTO)
“Beşinci kolon”dan ağaları da üz döndərir - "Politşou" təqdim edir (Videolayihə)
Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı
Qazax Sement Zavodu MMC rayondakı bütün tənha yaşlıları bir aylıq ərzaqla təmin edib (FOTO)
Atəşkəs 21 dəfə pozuldu
Bakıda “Mercedes” və “KamАZ” toqquşdu
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
Çində sutka ərzində 54 nəfər koronavirusa yoluxub
Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırdı
Azərbaycan bu il avtomobil ixracına başlayacaq
İordaniyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
Yaponiyanın şimalında 4,9 bal gücündə zəlzələ olub
ÜST: Dünyada 509 mindən çox insan koronavirusa yoluxub
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib
Fransada koronavirusa yoluxma hallarının sayı 33 minə çatıb
Göyçayda ferma yanıb
Türkiyə beynəlxalq uçuşları tamamilə dayandırdı
Sabirabadda binada yanğın baş verib
Mağazalarda ən çox dezinfeksiya olunmalı sahələr açıqlandı
Türkiyədə koronavirus qurbanlarının sayı 92 nəfərə çatıb
Bütün xəbərlər