...

Səyyad Salahlı: Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar

Cəmiyyət Materials 20 Fevral 2020 18:06 (UTC +04:00)
“Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Səyyad Salahlı: Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Şirvan şəhərində “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

DQİDK-dən Trend-ə verilən məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Elmira Ağayeva dövlətin dindarlara, dini icmalara göstərdiyi diqqət və qayğısından bəhs edib. Şirvan ŞİH başçısının müavini çıxışında bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyinə diqqəti çəkib.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, müasir dövrdə dövlət-din münasibətlərinin xarakteri insan hüquq və azadlıqlarının əsas göstəricisi hesab edilən vicdan azadlığının inkişaf səviyyəsi ilə birbaşa bağlıdır.

Səyyad Salahlı, eyni zamanda dinin siyasiləşməsi və siyasi alətə çevrilməsinin təhlükəli olduğunu da diqqətə çatdırıb. Natiq qeyd edib ki, müasir dünyada baş verən və minlərlə günahsız insanın ölümünə səbəb olan dini zəmində müharibə və qarşıdurmaların meydana gəlmə səbəblərinin aydınlaşdırılması xüsusi aktuallıq kəsb edir: “Bu məsələdə dinin əsl mahiyyətindən çıxarılaraq siyasi məqsədlərin həyata keçirilmə vasitəsi kimi istifadəsi aparıcı rol oynayır”.

Komitə rəsmisi Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanların Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyini də deyib.

Çıxış edən tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini səsləndiriblər. İkigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti