Sosial müdafiə sahəsində atılan mühüm addımlar, köklü sosial islahatlar cəmiyyətdə rəğbətlə qarşılanır

Sosial müdafiə sahəsində atılan mühüm addımlar, köklü sosial islahatlar cəmiyyətdə rəğbətlə qarşılanır

Bakı. Trend:

Prezident İlham Əliyevin güclü sosial siyasətinin nailiyyətləri olaraq vətəndaş rifahının təminatı, həssas qruplara qayğının artırılması istiqamətində atılan mühüm addımlar, aparılan uğurlu sosial islahatlar cəmiyyətdə rəğbət hissi ilə qarşılanır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Xalq” qəzetində dərc olunmuş “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində də bu amil ötən il Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin timsalında bir daha əyani şəkildə ifadə olunur.

Məqalədə ötən il özünüməşğulluq proqramına 10 min 352 nəfərin cəlb olunduğu qeyd edilərək, bildirilir ki, Bakının Nizami rayonundan 117 nəfərin, Biləsuvar rayonundan 73 nəfərin, Goranboydan 92 nəfərin, həmçinin Qazax, Sabirabad, Tərtər və digər bölgələrdən vətəndaşların Prezident Administrasiyasına ünvanladıqları məktublarda aztəminatlı ailələrin rifahının yaxşılaşmasına müsbət təsir göstərən özünüməşğulluq proqramının həyata keçirilməsinə və onlara bu proqram çərçivəsində lazımi şəraitin yaradılmasına görə təşəkkür ifadə edilir.

DOST Agentliyinin yaradılmasının sosial məsələlərin həllində mühüm töhfələrdən olduğu qeyd edilən məqalədə, eyni zamanda, Lerik rayon sakini G.Quliyevanın məktubu diqqətə çatdırılır: “Dolanışığımızı daha da yaxşılaşdırmaq üçün müraciət etmişdim. Müraciətimə baxıldı və məni “DOST İş Mərkəzi”ndə işə götürdülər. Ailəmizin maddi vəziyyəti xeyli yaxşılaşdı”.

Pirallahı, Lənkəran, Hacıqabul, Göygöl, Sabirabad, Samux rayonlarından ayrı-ayrı vətəndaşların işlə, ünvanlı sosial yardımla, tənha ahılların sosial xidmətlə, xüsusi qayğıya ehtiyacı olan uşaqların günərzi qayğı xidmətləri ilə təmin olunmalarına görə razılıq bildirdikləri də məqalədə əksini tapır. Qeyd olunur ki, Gədəbəydən I qrup əlilliyi olan vətəndaş isə dövlətimizin başçısının 2019-cu il 3 may tarixli Sərəncamı əsasında təhsil haqqı ödənişindən azad olunduğuna görə minnətdarlıq ifadə edir.

Məqalədə bildirilir ki, Prezident İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə sosial müavinətlərin və təqaüdlərin artırılmasını, yeni təqaüd növlərinin təsis edilməsini vətəndaşlar çox böyük razılıqla qarşılayıblar. “Bu məsələlərlə əlaqədar minnətdarlıq məktublarının coğrafiyası çox genişdir. Bakı, Culfa, Sədərək, Şahbuz, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Ağdaş, Ağsu, Cəbrayıl, Cəlilabad, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xocavənd, İmişli, İsmayıllı, Qazax, Quba, Qusar, Lerik, Saatlı, Şamaxı, Ucar, Yardımlı, Zərdab, habelə digər şəhər və rayonlardan yüzlərlə belə məktub daxil olub”.

Şəhid ailələrinə və müharibə əlillərinə daim artan dövlət qayğısı da həmin ailələrin məmnunluğuna səbəb olub. Məqalədə bildirilir ki, şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri –Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyat yoldaşı Q.Hacıyeva (Binəqədi), Z.Umarov (Nəsimi), T.Abbasov (Pirallahı), A.Xəlilova, Q.Xuduyeva (Mingəçevir) və başqaları bu kateqoriyadan olan vətəndaşlara verilən Prezident təqaüdünün artırılmasına, B.Hüseynova (Xəzər), R.Ərəbxanova (Yasamal), Y.Nadirli, İ.Quliyev (Abşeron), T.Qasımov, D.Əliyeva, N.Əsgərov (Ağcabədi), R.Əzizova (Xətai) mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunduqlarına görə təşəkkür edirlər.

Vaqif və Şəfiqə Süleymanovlar (Qaradağ), G.Ömərova (Nizami), E.Aslanova (Şəki), Ə.Səfərova (Ağdam ), H.Verdiyeva (Göygöl), H.Vəliyev (Masallı), H.Əliyev (Sabirabad), eləcə də digər vətəndaşlar şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsinə, Ə.Zeynalov (Qaradağ), B.Ağayev (Səbail), N.Məmmədov (Naftalan), A.Eyvazov (Sumqayıt), S.Əskərova (Yevlax), F.İsayev (Abşeron), Q.Kazımov (Bərdə), S.Abdullayeva (Daşkəsən ), A.Abbasov (Füzuli), G.Cəfərova (Neftçala) və başqaları şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısına görə Azərbaycan Prezidentinə minnətdarlıq məktubu ünvanlayıblar.

Məqalədə Xaçmaz rayon sakini S.Məmmədovanın məktubunda yer alan sözlər də təqdim edilir: “Pay torpağımda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi “Sosial bağlar” layihəsi çərçivəsində yeni meyvə bağı salınaraq bizə təhvil verildi. Biz kənd adamlarıyıq, dolanışığımız torpaqdan, bağ-bostandan çıxır. Allahın köməyi ilə bir neçə il sonra bu bağdan bol məhsul götürəcəyik. Bu, dövlətin ailəmizin dolanışığına verdiyi töhfədir. Eyni zamanda, bununla özümüz üçün yeni iş yeri qazanmışıq”.

Vətəndaşların əmək hüquqlarının qorunması sahəsində aparılan işlər də əhali tərəfindən rəğbətlə qarşılanır. Məqalədə deyilir ki, sosial məsələlər barədə edilmiş və müsbət həllini tapmış müraciətlərin bir qismində işlə təmin olunma və ya əvvəlki işə bərpa edilmə, özəl şirkət tərəfindən vətəndaşa əməkhaqqı ödənilməsi məsələləri ilə əlaqədar təşəkkür ifadə olunur. Nərimanov rayonundan S.Əliyeva, Sabunçudan R.Zeynalov, Mingəçevirdən M.Camıyev, F.Şirinov, S.Sadıqova və başqaları, Sumqayıtdan Qarabağ müharibəsi əlili V.Hüseynov, Ağcabədidən S.Süleymanov, Beyləqandan A.Cəfərova, Cəlilabaddan X.Mirzəyev, Xocalı və Kəlbəcərdən məcburi köçkünlər Y.Hüseynov və Q.Kazımov, Lerikdən Ş.Ağayeva, Oğuzdan E.Abduləzizov, Zərdabdan İ.İsgəndərov, həmçinin digər şəhər və rayonlardan başqalarının məktubları bu qəbildəndir. Xəzər rayonundan A.Abdullayeva isə övladına əlilliyə görə sosial müavinətin təyin edilməsinə görə minnətdarlıq edir.

Eyni zamanda, məqalədə 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlar tərəfindən bölgələrdə qəbul edilən vətəndaşların sayına dair siyahı təqdim edilir. Siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 871 vətəndaş qəbulu ilə ikinci yerdədir. Həmçinin dövlət hakimiyyəti orqanlarının 2020-ci ilə aid qəbul cədvəlləri öyrənilərkən bu işlərin daha yaxşı təşkil edildiyi qurumlardan biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qeyd edilir.

Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub
Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub
Maştağadakı tarixi hamamın təmizlənməsi işlərinə başlanılıb (FOTO)
Maştağadakı tarixi hamamın təmizlənməsi işlərinə başlanılıb (FOTO)
Xalq artisti Canəli Ələkbərovun oğlu vəfat edib
Xalq artisti Canəli Ələkbərovun oğlu vəfat edib
Loading Bars
Xəbər lenti
Azərbaycan Ordusu düşmənin dayaq məntəqəsinə zərbələr endirib, canlı qüvvəsi məhv edilib (VİDEO)
Kəmaləddin Qafarov: Azərbaycanın geopolitik müstəvidə uğurları Ermənistanı siyasi iflasa aparır
Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı açıqlama yayıb
Yaponiyada daşqın və torpaq sürüşməsi qurbanlarının sayı 72 nəfərə çatdı
Argentinada koronavirusa yoluxanların sayı 100 mini keçib
Malidə iğtişaşlar zamanı ən az 11 nəfəri həlak olub
Cənubi Afrikada koronavirus səbəbindən alkoqol satışına qadağa qoyuldu
Kaliforniyada hərbi gəmidə yanğın bir neçə gün davam edə bilər
Futbol üzrə İtaliya çempionatında "Milan" ilə "Napoli" heç heçə oynadılar
MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır
Finlandiya 20 Avropa ölkəsi sərhədlərini açır
Türkiyə XİN: Erməni təcavüzü cavabsız qalmayacaq
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub
Venesuelada 5,2 bal gücündə zəlzələ baş verib
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib
Ermənistan hakimiyyəti erməni cəmiyyətində onlara qarşı vəziyyət gərginləşdiyi dövrdə "Qarabağ kartı"ndan istifadə edir - Hərbi ekspert
Tovuz sakinləri şəhidi alqışlarla qarşılayıb (VİDEO)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 230 mindən çox artıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizi Moskvadan vətənə çatdırıb (FOTO)
Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alınarkən şəhid olan hərbi qulluqçularımızın adlarını açıqladı
Türkiyədə koronavirusdan sağalanların sayı 194 min nəfəri ötüb
Elman Nəsirov: Birləşmiş millətlər təşkilatı Azərbaycanı regional lider və qlobal təşəbbüslər dövləti hesab edir
Tovuzda sakinlər ordumuza dəstək nümayiş etdirib (FOTO)
Cəlil Xəlilov: Azərbaycan ordusu bu gün bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir
Qazaxda "Opel" "Şakman"la toqquşdu
Yaponiyada son sutkada 400 nəfərdə koronavirus aşkarlanıb
Sahil Kərimli: Qüdrətli Azərbaycan Ordusu yenə düşmənə öz gücünü göstərdi
Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub
XİN: Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır
Ağstafada top mərmisi zərərsizləşdirilib (FOTO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 12.07.2020 tarixli bölüm
Müdafiə Nazirliyi: Heç bir ərazi itkisinə yol verilməyib
Hikmət Hacıyev: Ermənistan daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır
Ekspres xətlər üzrə avrobusların üçün yeni müvəqqəti dayanacaqlar müəyyən edilib (FOTO)
Peşə təhsili üzrə teledərslərin 13 iyul cədvəli
İtki verən düşmən geri otuzdurulub, 2 nəfər şəhidimiz var, 5 nəfər isə yaralanıb - RƏSMİ (ƏLAVƏ OLUNUB)
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu, 486 nəfər sağaldı, 8 nəfər öldü
Qənirə Paşayeva: BMT səviyyəsində məhz Azərbaycanın təşəbbüskarlıqları dəfələrlə öz parlaq ifadəsini tapıb
XİN Hafiz Paşayevə həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib
AQTA daha 74 obyektdə pozuntular aşkarlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb (VİDEO)
Rəşad Mahmudov: Koronavirusa yoluxan həkim Teymur Cəfərov EKMO cihazına qoşulub
Yevlaxda qanunsuz fəaliyyət göstərən kafe aşkar edilib
Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub
SOCAR "Cənub Qaz Dəhlizi"nə investisiya həcmini açıqlayıb
Ağcabədi sakinindən tüfəng və marixuana götürülüb (FOTO)
Güclü yağış Gəncədə bir sıra fəsadlar törədib (FOTO)
Sevil Mikayılova: Bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib
Paytaxtda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir (FOTO)
Ceyhun Məmmədov: 166 ölkə arasında Azərbaycanın 54-cü pillədə qərarlaşması ölkəmiz üçün böyük uğurdur
Sumqayıtda küllü miqdarda patron aşkar edilib (FOTO)
Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarında COVID-19 aşkarlanmayıb
Gürcüstanın paytaxtında partlayış baş verib
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb
Qazaxda tank əleyhinə raket tapılıb (FOTO)
Vüsal Qasımlı: Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır
Çinin şimalında zəlzələ baş verib
Atəşkəs rejimi 43 dəfə pozulub
Qırğızıstanda zəlzələ baş verib
ABŞ-da baş verən atışmada 2 polis əməkdaşı həlak olub
Bir qrup rusiyalı həkim pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana gəlir
Şirvanda yanğın olub
Məşhur hindistanlı aktyor koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Qazaxda hərbi təyinatı olmayan metal əşya tapılıb
ABŞ-da sutkada 71 mindən çox insan koronavirusa yoluxub
Binəqədidə yaşayış binasında yanğın olub
İranda yaşayış binasında qaz partlayıb
FHN: Yağış sularının dolduğu ərazilərdə təxirəsalınmaz tədbirlər həyata keçirilir
Moskvada koronavirusdan daha 27 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 193 min nəfəri ötüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 219 mindən çox artıb
213 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Ananı məqsədlərinə alət edən qardaşlar: Emin və Mehman Hüseynovlar nəyi demək istəmirlər? - TƏFƏRRÜATLAR (VİDEO)
Abşeronda avtomobil yanıb
DİN, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyi keçirdikləri birgə əməliyyatla bağlı məlumat yaydı (VİDEO)
Nepalda sel və torpaq sürüşməsi qurbanlarının sayı 40-a çatıb
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
Azərbaycan XİN: Ermənistan rəhbərliyi apardıqları siyasətə görə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar
Çində zavodda partlayış baş verib
Baş Nazir bağlanan 3 bankla bağlı Konstitusiya Məhkəməsinə sorğu gondərdi
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək
BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub
Pendirin orqanizmə faydaları və təhlükələri
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu (VİDEO)
Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirusdan sağalan 90 yaşlı nənə - Onu siz də tanıyın (VİDEO)
Bağ evində narkotik əkib-becərən keçmiş məhkum saxlanılıb (FOTO)
Nazirlik verilən 190 manata qarpız alaraq parçalayan şəxslə bağlı məsələyə münasibət bildirdi
ABŞ-da 66 mindən çox yoluxma qeydə alındı
Prokurorluq Ucar sakininin döyülərək öldürülməsi ilə bağlı məlumat yayıb
Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi
AzMİU-nun magistratura səviyyəsinə onlayn qeydiyyat davam edir
Xızıda körpünün altından 13 ədəd zenit top mərmisi və patronlar tapıldı (FOTO)
Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub - Bəhruz Quliyev
Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü
Cəlilabadda karantini pozan 6 obyekt aşkarlanıb
Bütün xəbərlər