...

Bakıdan Dubaya uçan təyyarə yarı yoldan geri qayıtdı

Cəmiyyət Materials 2 Mart 2020 11:09 (UTC +04:00)

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:12-də Bakıdan Dubaya yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.

AZAL-dan Trend-ə verilən məlumata görə, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.

Təyyarə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti