...

Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Cəmiyyət Materials 3 Mart 2020 16:39 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil Nazirliyi valideynlərə müraciət edib.

Trend-in Təhsil Nazirliyinin "Teleqram" kanalına istinadən verdiyi məlumatına görə, martın 3-dən 9-dək təhsil müəssisələrində tədrisin dayandırılmasına səbəb koronavirus infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində intensiv tibbi-profilaktik tədbirlərin görülməsidir:

"Bununla əlaqədar qeyd olunan müddətdə aşağıdakı TÖVSİYƏLƏRİ nəzərə almağınız sizdən xahiş olunur:

1. Ev şəraitində əsas profilaktik tədbirlərə ciddi riayət edin (sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasda olmayın, hərarətiniz olarsa və ya tənəffüs zamanı çətinlik çəkərsinizsə, dərhal həkimə müraciət edin);

2. Övladlarınızı insanların toplaşdığı qapalı məkanlara (ticarət və əyləncə mərkəzləri, şənlik, mərasimlər və s.), hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə aparmayın.

3. Övladlarınıza keçirilmiş dərsləri təkrar etməyə və tapşırıqlar yerinə yetirməyə şərait yaradın. Bu məqsədlə Təhsil Nazirliyinin müxtəlif elektron resurslarından istifadə edə bilərsiniz (e-derslik.edu.az, e-resurs.edu.az, trims.edu.az, video.edu.az və s.).

4. Məsələ ilə bağlı Təhsil Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarını mütəmadi olaraq izləyin".

Xatırladaq ki, tədris fasiləsindən sonra ilk dərs günü martın 10-u müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti