...

KarnegiKlub treninq mərkəzinin təşkilatçılığı ilə tələbə uğur forumu keçirildi

Cəmiyyət Materials 3 Mart 2020 18:00 (UTC +04:00)
1 mart 2020 tarixində KarnegiKlub treninq mərkəzinin təşkilatçılığı ilə tələbə uğur forumu (TUF2020) keçirildi.
KarnegiKlub treninq mərkəzinin təşkilatçılığı ilə tələbə uğur forumu keçirildi

Bakı. Trend:

1 mart 2020 tarixində KarnegiKlub treninq mərkəzinin təşkilatçılığı ilə tələbə uğur forumu (TUF2020) keçirildi.

Mərkəzin 9 illiyənə həsr ounmuş tədbir, iştirakçıların say çoxluğundan iki növbədə keçirildi və toplam 1500 nəfərdən çox iştirakçını əhatə etdi.

Forum Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edildi. Forumun keçirilməsində tələbələrə dəstək olan 60-dan çox şirkətə təşəkkürlər bildirildikdən sonra, KarnegiKlubun rəhbəri Dr.Nəcəf Allahverdiyev səhnəyə dəvət olundu. Tədbir spikerlərin çıxışları ilə davam etdi. Forumun sonunda həvəsləndirici lotereya təşkil olundu və forumun bütün iştirakçılarına sertifikat təqdim olundu.

Forumun spiker və mövzuları:

- Hər şey gənclikdə qazanılır!

Spiker: "Logix" və "Destec" şirkətinin rəhbəri, PHD -

SAKİT SƏMƏDOV

- Day-dayınız kitab olsun!

Spiker: "Libraff" PR menecer, booktuber -

SƏRXAN RÜSTƏMOV

- Zamanın tələbi yoxsa özünlə yarış?

Spiker: Marketoloq, brend qurucusu, biznes təlimçi -

ELLADA ƏLİYEVA

- Sevdiyin işi tap, tapdığın işi sev!

Spiker: "Alyans Tekstil" şirkətinin satış departamentinin rəhbəri, təlimçi -

SARVAN ASLANOV

- NLP-dən psixoloji test, oyun və qərar qəbul etmə texnikası.

Spiker: "KarnegiKlub Treninq Mərkəzi"nin təlimçisi, psixoloq, NLP master -

İBRAHİM ALLAHVERDİYEV

- İngilis Dili öyrənmənin 5 texnikası - Poliqlotdan öyrən.

Spiker: 9 dil bilicisi, xarici dil kouçu, poliqlot -

ASLAN MƏMMƏDZADƏ

- Öz Biznesini planla!

Spiker: "Sumqayıt Texnologiya Parkı"nın marketinq meneceri, "Onevision" şirkətinin həmtəsisçisi və direktoru -

CAVİD ABASOV

- Xaricdə harada oxuyum və hansı sənəti seçim?! - Həm münasib həm də faydalı olsun.

Spiker: "EDDE Global" şirkətinin rəhbəri, xaricdə təhsil eksperti -

MİRYUSİF CAVADZADƏ

- Kreativ düşüncənin həyatımıza təsiri.

Spiker: "Bakı Mühəndislik Universiteti"nin riyaziyyat - informatika kafedrasının baş müəllimi, "İdeal müəllim" kitabının müəllifi -

BƏHMAN QÜDSİ

Forumun moderatoru DR. NƏCƏF ALLAHVERDİYEV oldu.

KarnegiKlub treninq mərkəzi: 077 444 14 00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti