...

Bakıda nəqliyyat könüllüləri maarifləndirmə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 5 Mart 2020 18:06 (UTC +04:00)
Paytaxtın ictimai nəqliyyat sistemində əksepidemik tədbirlər və əhali arasında sanitariya maarifləndirmə işləri davam etdirilir.
Bakıda nəqliyyat könüllüləri maarifləndirmə aksiyası keçirib (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın ictimai nəqliyyat sistemində əksepidemik tədbirlər və əhali arasında sanitariya maarifləndirmə işləri davam etdirilir.

Trend-in məlumatına görə, bu çərçivədə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində Nəqliyyat Könüllülərinin iştirakı ilə aksiya keçirilib. Könüllülər mərkəzin ərazisində sərnişinlərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) hazırladığı broşürlər paylayıb. Broşürdə respirator virus infeksiyalardan qorunmaq, gigiyenik qaydalara əməl edilməsinə dair zəruri maarifləndirici məlumatlar əks olunub. Könüllülər gözləmə zallarındakı kitab rəflərinə də maarifləndirici broşürlər qoyub.

Məlumat üçün qeyd edək ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində gözləmə zallarında sərnişinlərin, sürücülərin və digər personalların əllərini dezinfeksiya etməsi üçün zallara xüsusi dərman məhlulları olan qutular qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti