...

Dövlət Dəniz Agentliyi dezinfeksiya edilib

Cəmiyyət Materials 6 Mart 2020 12:52 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dövlət Dəniz Agentliyi dezinfeksiya işləri həyata keçirir.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) bildiriblər.

Qeyd edilib ki, NRYTN koronavirus “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin mütəxəssisləri liman rəhbərliyi ilə birgə tədbirlər həyata keçirir.

Əlavə edilib ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə hal-hazırda Azərbaycan Respublikasının bütün limanlarına xarici bayraq altında üzən gəmilərin giriş-çıxışı və limanlarda yük aşırmaları əməliyyatı Beynəlxalq Dəniz Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyyələrinə uyğun olaraq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti