...

Azərbaycan Universiteti elmi konfransı təxirə saldı - Koronavirusa görə

Cəmiyyət Materials 10 Mart 2020 10:30 (UTC +04:00)
İştirakçılar konfrans materiallarının çap olunduğu toplunu mart ayının 13-dən sonra Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasına müraciət edərək əldə edə bilərlər.
Azərbaycan Universiteti elmi konfransı təxirə saldı - Koronavirusa görə

Bakı. Trend:

Koronavirus (COVİD - 19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması barədə 2 və 7 mart 2020 tarixli sərəncamlarına uyğun olaraq 13 mart 2020-ci il tarixində Azərbaycan Universitetində keçirilməsi nəzərdə tutulan “Gənc Tədqiqatçıların III respublika elmi-praktik konfransı”nın açılış mərasimi və bölmə iclasları təxirə salınır.

Universitetdən Trend-ə verilən məlumata görə, iştirakçılar konfrans materiallarının çap olunduğu toplunu mart ayının 13-dən sonra Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasına müraciət edərək əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti