...

Məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb

Cəmiyyət Materials 17 Mart 2020 22:53 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsində Qazilər Şurası və səlahiyyətli şəxslərin iştirakı ilə iclas keçirilib
Məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsində Qazilər Şurası və səlahiyyətli şəxslərin iştirakı ilə iclas keçirilib.

Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, iclasda koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salınması haqqında qərarına əsasən, məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb.

İclasda dindarların bu qərara əməl etmələri xahiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti