...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzi bayram günlərində də işləyəcək

Cəmiyyət Materials 18 Mart 2020 13:29 (UTC +04:00)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” nömrəli “Çağrı” mərkəzi Novruz bayramında da işləyəcək
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzi bayram günlərində də işləyəcək

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” nömrəli “Çağrı” mərkəzi Novruz bayramında da işləyəcək.

Agentlikdən Trend-ə verilən məlumata görə, vətəndaşların icbari tibbi sığorta ilə bağlı müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, Agentliyin səlahiyyətinə aid olan məsələlərə operativ baxılması məqsədilə “1542” nömrəli “Çağrı” mərkəzi istifadəyə verilib.

Vətəndaşlar “Çağrı” mərkəzinə stasionar və mobil telefonlardan “1542” nömrəsini yığmaqla müraciət edə bilərlər. Vətəndaşlar koronavirus epidemiyası, icbari tibbi sığorta sistemi, sığortahaqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, Xidmətlər Zərfi, işə qəbul və s. barədə məlumat ala, qurumun və tibb müəssisələrinin fəaliyyətinə dair şikayət, tələb və təkliflərini bildirə bilərlər.

“Çağrı” mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qeyd edək ki, “Çağrı” mərkəzi Novruz bayramındakı qeyri-iş günlərində də işləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti