...

MİDA vətəndaş qəbulunu dayandırdı

Cəmiyyət Materials 19 Mart 2020 12:37 (UTC +04:00)
MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, vətəndaş müraciətlərinin qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir.
MİDA vətəndaş qəbulunu dayandırdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığı əsasında Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) və onun tabeliyində olan “MİDA” MMC-də vətəndaşların qrup və fərdi formada qəbulu təxirə salınır.

MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, vətəndaş müraciətlərinin qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir.

Vətəndaşlar agentliyin rəsmi “[email protected]” elektron poçt ünvanına müraciət edə, həmçinin (012) 505 65 37/38 nömrələrinə zəng edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti