...

İctimai yerlərdə rezin əlcəklərdən istifadə virusdan qoruyurmu?

Cəmiyyət Materials 23 Mart 2020 10:15 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatı ictimai yerlərdə rezin əlcəklərdən istifadənin koronavirusun qarşını almaqda nə dərəcədə effektiv rol oynadığını açıqlayıb
İctimai yerlərdə rezin əlcəklərdən istifadə virusdan qoruyurmu?

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ictimai yerlərdə rezin əlcəklərdən istifadənin koronavirusun qarşını almaqda nə dərəcədə effektiv rol oynadığını açıqlayıb.

Trend-in məlumatına görə, ÜST bildirir ki, ictimai yerlərdə rezin əlcəkdən istifadə koronavirus infeksiyasının qarşısını almaq üçün effektiv deyil:

"Əllərin mütəmadi yuyulması rezin əlcəkdən daha çox koronavirusdan (COVID-19) qoruyur. Rezin əlcəkdə olarkən belə COVID-19 virusu keçə bilər. Daha sonra siz əlinizlə üzünüzə toxunduqda virusa yoluxa bilərsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti