...

“TAC” şirkəti evlərə çatdırılma xidmətinə başlayıb (FOTO)

Cəmiyyət Materials 29 Mart 2020 16:10 (UTC +04:00)
“TAC” şirkəti mart ayının 29-dan etibarən, əhalinin karantində qalmalarına kömək etmək üçün şirkət tərəfindən istehsal olunan məhsulların sifarişlə evlərə çatdırılma xidmətinə başlamışdır.
“TAC” şirkəti evlərə çatdırılma xidmətinə başlayıb (FOTO)

Bakı. Trend:

“TAC” şirkəti mart ayının 29-dan etibarən, əhalinin karantində qalmalarına kömək etmək üçün şirkət tərəfindən istehsal olunan məhsulların sifarişlə evlərə çatdırılma xidmətinə başlamışdır. Əhaliyə 0,5 - 2 litr tutumlu butulkalarda və 20 litr tutumlu böyük qablarda yüksək keyfiyyətli təbii Aquavita suyunun çatdırılması təklif olunur.

Trend-in məlumatına görə, eyni zamanda istehlakçıların seçiminə fərqli zövqlərə uyğun müxtəlif dadlarda "Gülüstan" və "Şahdağ" içkiləri də təklif olunur. Məhsulların çatdırılması pulsuzdur.

Xidmətdən həm yaşlı insanlar, həm də tənha valideynlər istifadə edə bilərlər. Sifarişlər çatdırılmadan bir gün əvvəl qəbul edilir. Müştərilər çatdırılma şərtləri, məhsul növləri və minimal sifarişın miqdarı barədə məlumatı qeyd olunan telefon nömrələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər:

012-447-4006 / 012-447-29-70 / 80 / 055-288-99-01 / 050-225-00-77

Koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən elan olunan karantin vəziyyətində çatdırılma xidməti mükəmməl və zəruri olan bir həlldir.

"İstehlakçıların sağlamlığı və rahatlığı bizim əsas prioritetimizdir! Məhz buna görə onlar həm yüksək keyfiyyətli təbii suyu, həm də zövqlərinə uyğun müxtəlif dadda içkiləri evdən çıxmadan sifariş edə bilərlər" – deyə “TAC” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri S.Verdiyeva bildirib.

Belə bir xidmətin təklif edilməsi zərurəti, pərakəndə satış şəbəkələrində son zamanlarda həddindən artıq yüklənmiş sifarişlər səbəbindən evlərə məhsul çatdırılmasının çətinləşdiyinə görə yaranmışdır.

Hal hazırda yaranmış çətin ekoloji vəziyyətdə istehlakçıların "canlı" təbii su və ekoloji cəhətdən təhlükəsiz spirtsiz içkilər ilə təmin olunması “TAC” MMC-nin öz üzərinə götürdüyü və müvəffəqiyyətlə həyata keçirdiyi əsas vəzifəsidir.

“TAC” şirkətinin bütün məhsulları - həm içməli sular, həm müxtəlif spirtsiz içkilər, dünyanın aparıcı istehsalçılarından "KRONES", "HUSKY", "UNIVERSAL AQUA" və s. avadanlıqlar vasitəsilə istehsal olunur. Məhsulların keyfiyyəti beynəlxalq sertifikatlar ISO 9001:2008 və ISO 22000:2005 sertifikatları ilə təsdiq edilib. Bu sənədlər şirkətin istehsal etdiyi məhsulların həm yüksək keyfiyyətinin, həm də təhlükəsizliyinin sübutudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti