...

Zakir Fərəcov sakinləri Operativ Qərargahın qərarlarına riayət etməyə çağırdı

Cəmiyyət Materials 30 Mart 2020 18:11 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, icra başçısı Zakir Fərəcov şəxsən özü bu gün şəhərin müxtəlif ərazilərində- parklarda, küçələrdə, bulvarda, ictimai yerlərdə olub, sakinləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməyə çağırıb.
Zakir Fərəcov sakinləri Operativ Qərargahın qərarlarına riayət etməyə çağırdı

Trend-i buradan izləyin

Bakı. Trend:

Zakir Fərəcov sakinləri Operativ Qərargahın qərarlarına riayət etməyə çağırıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, icra başçısı Zakir Fərəcov şəxsən özü bu gün şəhərin müxtəlif ərazilərində- parklarda, küçələrdə, bulvarda, ictimai yerlərdə olub, sakinləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməyə çağırıb.

Qeyd edək ki, Sumqayıt şəhərində Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb.

Yaradılmış komissiya tərəfindən şəhər sakinləri arasında maarifləndirici tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti