...

Kənd Təsərrüfatı Nazirliyi ölkədə ət qıtlığının olması barədə yayılan məlumatlara münasibət bildirib

Cəmiyyət Materials 6 Aprel 2020 14:22 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Kənd Təsərrüfatı Nazirliyi koronavirusla əlaqədar Bərdədəki mal bazarının bağlanması səbəbindən ölkədə ət qıtlığının müşahidə edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov Trend-ə açıqlamasında deyib ki, Bərdədəki mal bazarının bağlanması ilə bağlı yayılan məlumatlar düzgün deyil, mal bazarı hər həftənin cümə günləri fəaliyyət göstərir.

Onun sözlərinə görə, rayonlardan Bakıya iri və xırdabuynuzlu mal-qaranın yük maşınları vasitəsilə kəsim məqsədilə daşınmasına məhdudiyyət yoxdur. Kənd təsərrüfatı məhsullarının, o cümlədən kəsim məqsədilə heyvanların orta və iritonnajlı maşınlarla daşınmasına qadağa qoyulmayıb.

V.Hüseynov Nazirlər Kabinetinin müvafiq qərarlarında da bu məhdudiyyətlərin nəzərdə tutulmadığını söyləyib: "Mal bazarının bağlanması, rayonlardan satış və kəsim məqsədilə malların gətirilməməsi, eləcə də digər kənd təsərrüfatı məhsullarının gətirilməsi ilə bağlı məhdudiyyətlərin olması barədə yalan məlumatlar yayılır. Bəzi işbazlar tərəfindən belə məlumatların yayılmasında məqsəd əhali arasında süni ajiotaj yaratmaq və məhsullara qarşı süni tələbatı artıraraq qiymətləri qaldırmaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti