Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə sənəd qəbulunun müddəti dəyişdirilib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müddət 20 may 2020-ci il tarixinədək uzadılıb.
Məlumat üçün bildiririk ki, sözügedən proqram üzrə cari ilin 13 mart tarixində sənəd qəbulu barədə elan verilmişdi.
Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.