Bakı. Trend:
Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasında fədakar xidməti ilə seçilən gömrük xidməti sosial layihələrdə də fəallıqla iştirak edirlər.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, bu məqsədlə gömrük xidməti problemin aktuallığını nəzərə alaraq daha bir sosialyönümlü videoçarx hazırlayıb.