...

İbrahim Məmmədov: Ölkədə qrup halında tədrisə icazə verilmir

Cəmiyyət Materials 1 May 2020 18:14 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ölkədə qrup halında tədrisə icazə verilmir.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda yalnız fərdi tədrisə icazə verilir:

"Qrup halında tədrisdə sosial məsafə saxlamaq mümkün deyil. Ona görə də 1 müəllim yalnız 1 şagirdlə məşğul ola bilər. Qrup halında tədris qadağandır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti