...

Ramazanın 9-cu gününün duası, imsak və iftar vaxtı

Cəmiyyət Materials 2 May 2020 19:53 (UTC +04:00)
Sabah Ramazan ayının 9-cu günüdür.
Ramazanın 9-cu gününün duası, imsak və iftar vaxtı

Bakı. Elçin Mehdiyev - Trend:

Sabah Ramazan ayının 9-cu günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 3-də Bakıda imsak saat 03:57, iftar isə saat 19:53-dədir.

Ramazan ayının 9-cu gününün duası:

"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".

Tərcüməsi:

"İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!"

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti