...

Kitab, qəzet və dəftərxana mallarının satışı qaydaları müəyyənləşib

Cəmiyyət Materials 2 May 2020 17:26 (UTC +04:00)

Bakı. Trend:

Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı qaydaları müəyyənləşib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.

Qaydalarda deyilir:

• Onlayn satışlara üstünlük verilməlidir;

• Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir;

• Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır;

• Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələr ilətəmin olunmalıdır;

• Müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır;

• Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir;

• İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti