...

Xüsusi karantin rejimində yol polisinin fəaliyyətinə dair VİDEOÇARX hazırlanıb (VİDEO)

Cəmiyyət Materials 5 May 2020 22:41 (UTC +04:00)
Xüsusi karantin rejimində yol polisinin fəaliyyətinə dair VİDEOÇARX hazırlanıb (VİDEO)

Bakı. Trend:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimində xidmətini əks etdirən videoçarx hazırlanıb.

Trend-in məlumatına görə, videoda yol polislərinin 24 saat ərzində nümunəvi xidməti öz əksini tapıb.

Karantin dövründə yol polisi tərəfindən yaradılmış postlarda xidmətin yüksək səviyyədə təşkili, vətəndaşlarla ünsiyyət xüsusi vurğulanıb. Bildirilib ki, yol polisinin bu gərgin və çətin xidməti nəticəsində koronovirus pandemiyasının yayılmasının qarşısı alınıb.

Karantin qaydalarını əməl olunmasına ciddi nəzarətin olması, qaydaları pozanların cərimə olunması, eyni zamanda maarifləndirmə işlərinin aparılması öz nəticəsini verir. Yol polisi bu xidməti ilə vətəndaşların da məmnunluğunu qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti