...

ADA Universiteti müvəqqəti olaraq onlayn TOEFL və "Duolingo" İngilis Dili Testi nəticələri ilə sənəd qəbuluna başlayıb

Cəmiyyət Materials 8 May 2020 19:18 (UTC +04:00)
ADA Universiteti müvəqqəti olaraq onlayn TOEFL və "Duolingo" İngilis Dili Testi nəticələri ilə sənəd qəbuluna başlayıb

Bakı. Trend:

Koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar İngilis dili üzrə sertifikat imtahanlarının keçirilməsi təxirə salındığından, ADA Universiteti bakalavr və magistr pillələrinə müraciət prosesini tənzimləmək məqsədilə müvəqqəti olaraq namizədlərin onlayn TOEFLDuolingo İngilis Dili Testi üzrə nəticələrini qəbul etməyə başlayıb.

Onlayn TOEFL Duolingo İngilis Dili Testi vasitəsilə namizədlər olduqları məkanı tərk etmədən imtahanda iştirak edərək sertifikat əldə edə bilərlər.

Qeyd edək ki, ADA Universiteti cari ilin may ayından etibarən onlayn test nəticələrini qəbul etsə də, namizədlər eyni zamanda, ənənəvi qaydada keçirilən TOEFL, IELTS PTE imtahan nəticələri ilə də bakalavr və magistr pillələrinə müraciət edə bilərlər. Hər iki pillə üzrə müraciət edən namizədlərdən qəbul üçün lazımi imtahan balını toplaması tələb olunur.

ADA Universitetinin rəsmi səhifəsinə keçid etməklə bakalavrmagistr proqramları ilə bağlı daha ətraflı məlumat əldə edə bilərsiniz.

Xatırladaq ki, ADA Universiteti bu ildən etibarən ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Kompüter elmləri və Data analitikası üzrə magistr proqramı, Rusiyanın MGIMO Universiteti ilə "Maliyyə” üzrə MBA proqramı təklif edir. Proqramla bağlı müvafiq məlumatları buradan əldə etmək mümkündür.

https://bit.ly/2znJTYg

https://bit.ly/3bjZF44

Məqalədə:
Xəbər lenti

Xəbər lenti