Bakı. Samir Əli - Trend:
Goranboy rayonunda qadını vurub öldürən sürücü saxlanılıb.
Trend-in məlumatına görə, rayonun Goran qəsəbəsində Gürcüstan vətəndaşı, 1993-cü il təvəllüdlü Giorgi Batmanovun idarə etdiyi yük avtomobili ilə yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Baxşəliyeva Şahnaz İsmayıl qızını vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
DİN-nin Baş İstintaq və Tədqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydaları pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.