...

Metroda sərnişinlərin hərarəti yoxlanılır

Cəmiyyət Materials 9 May 2020 10:13 (UTC +04:00)
Metroda sərnişinlərin hərarəti yoxlanılır

Bakı. Samir Əli - Trend:

Metro stansiyalarına daxil olan sərnişinlərin hərarəti yoxlanılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyanın girişində hərarəti olan sərnişin metroya buraxılmır: "Əgər stansiya daxilində hansısa sərnişində yüksək və digər ağırlaşdırıcı hal aşkarlanarsa, bu barədə dərhal təcili tibbi yardım xidmətinə məlumat verilir və həmin sərnişin həkim briqadasına təhvil verilir.

Ümumiyyətlə metrodan istifadə edən sərnişinlərin tam təhlükəsizliyini təmin etmək üçün qaydalara uyğun bütün tədbirlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti