...

AzMİU-da Heydər Əliyevin 97-ci il dönümünə həsr olunmuş videokonfrans başlayıb (FOTO)

Cəmiyyət Materials 14 May 2020 17:32 (UTC +04:00)
AzMİU-da Heydər Əliyevin 97-ci il dönümünə həsr olunmuş videokonfrans başlayıb (FOTO)

Bakı. Trend:

Azərbayca Memarlıq və İnşaat Universitetində (AzMİU) Heydər Əliyevin 97-ci il dönümünə həsr olunmuş videokonfrans başlayıb.

AzMİU-dan Trend-ə bildirilib ki, konfransda sahə nazirliklərinin, qurumlarınının, AMEA-nın İqtisadiyyat İnstitutunun, ölkəmizin Ali Təhsil müəssisələrinin və Elmi-Tədqiqat İnstitutlarının aparıcı alimləri, mütəxəsissləri, doktorant və magistrləri 73 elmi məruzə ilə çıxış ediblər.

Azərbayca Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova elmi konfransı açaraq müstəqil ölkəmizdə iqtisadiyyatın bütün sektorlarında qazanılmış nailiyyətlər, yaradılmış iqtisadi, sosial, elmi-texniki və maliyyə potensialı, insan kapitalı, iqtisadiyyatın sahələrinin müasir infrastrukturunun, ölkə əhalisinin sosial məişət şəraitinin yüksəldilməsi sahəsində Azərbacan xalqının müasir tarixinin yaradıcısı, müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin müstəqilliyin ilk illərindən yaratdığı iqtisadi modellərin həyata keçirilməsini təmin edən inkişaf strategiyalarının nəticələri və bu gün ölkə prezidenti İlham Əliev tərəfindən ölkə iqtisadiyyatının uğurla inkişafının davam etdirilməsi istiqamətində həyata keçirdiyi İnkişaf Strategiyaları, Dövlət Proqramları, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” Strateji Planı və son illərdə həyata keçirilən Sosial Proqramlar haqqında geniş məruzə ilə çıxış edib.

Konfransın plenar iclasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli iqtisadi inkişaf modelinin həyata keçirilməsi istiqamətində fundamental elmi araşdırmalar aparan iqtisadçı alimlər Azərbaycan İqtisadçılar İttifaqının sədri, millət vəkili, akademik Ziyad Səmədzadə - “Heydər Əliyev və Azərbaycan İqtisadiyyatının inkişaf strategiyası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sənaye və energetika məsələləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Elşən Hacızadə - “Qlobal çağırışlar və milli enerji sektorunda inkişafın yeni hədəfləri”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı - “Azərbaycan iqtisadiyyatının inkişaf modeli”, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov - “İqtisadi inkişaf strategiyası seçiminə yanaşmalar haqqında”, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru Elşad Məmmədov - “Yeni çağırışlar kontekstində Azərbaycanın iqtisadi siyasəti” mövzularında ətraflı məruzələr ediblər.

Sonra konfrans işini 3 bölmədə davam etdirib və professor Məhəbbət Məmmədov, dosent Asəf Ağayev və dosent Rühəngiz Əliyevanın rəhbərliyi ilə təqdim edilmiş məruzələrlə əlaqədar çıxışlar edilib və müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti