...

Maskasız şəxslər inzibati qaydada məsuliyyətə cəlb edilə bilər - Operativ Qərargah

Cəmiyyət Materials 15 May 2020 18:14 (UTC +04:00)
Sərbəstlik artdıqca məsuliyyət artmalıdır.
Maskasız şəxslər inzibati qaydada məsuliyyətə cəlb edilə bilər - Operativ Qərargah

Baklı. Samir Əli - Trend:

Maskasız şəxslər inzibati qaydada məsuliyyətə cəlb edilə bilər.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, sərbəstlik artdıqca məsuliyyət də artmalıdır: "Karantin qaydalarını pozmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur:

"Maskadan istifadə edilməməyə görə də inzibati məsuliyyətin tətbiqi mümkündür. Ona görə də ictimai yerlərdə maska və qoruyucu vasitələrdən istifadə zəruridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti