...

Nazirlik: Xarici ali təhsil ixtisasının ölkəmizdə tanınması bu qaydada həyata keçirilir

Cəmiyyət Materials 18 May 2020 16:58 (UTC +04:00)
Nazirlik: Xarici ali təhsil ixtisasının ölkəmizdə tanınması bu qaydada həyata keçirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Xarici ali təhsil ixtisasının ölkəmizdə tanınması və nostrifikasiyası üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilməlidir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ərizələrin qəbulu yalnız elektron qaydada www.tkta.edu.az səhifəsi vasitəsilə həyata keçirilir.

Agentliyin fəaliyyəti istiqamətində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün mayın 31-dək müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də [email protected] və ya [email protected] elektron poçt ünvanları vasitəsilə cavablandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti