Bakı. Elçin Mehdiyev - Trend:
Rəsmi fəaliyyət göstərən din xadimləri içərisinə koronavirusa yoluxanların olması barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məlumat yoxdur.
Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni TV-ə müsahibəsində deyib.
M.Qurbanlı qeyd edib ki, rəsmi fəaliyyət göstərən din xadimləri arasında infeksiyaya yoluxma faktı olsaydı, biz bu haqda bilərdik: “Bununla bağlı bizdə hər hansı bir məlumat yoxdur və əgər yoxdursa, deməli, yoluxan da yoxdur”.