Bakı. Trend:
Bütün dünyada COVID-19 virusunun yayılma səbəbi ilə yaranan karantin dövründə ölkəmizin öndə gələn digər böyük şirkətləri kimi PAŞA Sığorta şirkəti də öz müştərilərinə mümkün olan tam dəstəyi göstərdi. Bu məqsədlə şirkət həm KASKO, həm də tibbi sığorta məhsulları ilə bağlı müştərilərinə əlavə imtiyazlar təqdim etməkdədir.
Belə ki, karantin vəziyyətində ehtiyac olan tibbi dəstəyin təmin edilməsi üçün şirkət “Könüllü Tibbi Sığorta” proqramı təklif etdiyi bütün korporativ müştərilərinə tam təmənnasız “Telesəhiyyə xidməti” təklif etdi. Bu xidmət vasitəsilə, PAŞA Sığortadan Könüllü Tibbi Sığortası olan hər kəs 31 May tarixinə qədər saat 08:00-dan 22:00-dək (bazar günləri istisna olmaqla) və bayram günləri saat 10:00-dan 16:00-dək (+994 12) 404 98 50 telefon nömrəsi ilə əlaqə saxlayıb sağlamlıqları ilə əlaqədar yaranan müxtəlif sorğularla bağlı peşəkar ailə həkimi və həkim-pediatr məsləhətindən yararlana biləcəklər.
Bununla bərabər, karantin müddətində insanlarda stress və psixoloji gərginliyin artmasını nəzərə alan PAŞA Sığorta şirkəti könüllü tibbi sığortası olan hər bir müştərisinə tam təmənnasız “Psixoloq Konsultasiyası” xidmətini təklif etdi. Bu xidmət vasitəsilə sığortası olan hər bir şəxs həftə içi 5 gün saat 12:00-dan 16:00-dək (+99412) 404 98 58 telefon nömrəsi ilə əlaqə saxlayaraq tam anonim şəkildə psixoloji dəstək alma fürsətinə sahib oldu.
Onu da qeyd edək ki, bu xidmətlər PAŞA Sığortanın tərəfdaşı olan “Sphera health care AZ” şirkəti tərəfindən təmin edilib.
PAŞA Sığortanın könüllü tibbi sığorta üzrə müştəriləri Dokta Aptek-dən sifariş məbləğinə minimum limit tətbiq olunmadan dərman və ya tibbi ləvazimat sifariş verərək ödənişsiz çatdırılma xidmətindən yararlana bilirlər. Digər sığorta növünün (icbari və könüllü avtomobil/əmlak və ya digər) sahibi olan hər bir müştəri isə Dokta Aptek-dən 10 AZN məbləğindən artıq dərman və ya tibbi ləvazimat aldığı təqdirdə sifarişlərin Bakı şəhər daxili istənilən ünvana çatdırılması tam ödənişsizdir.
Bütün bunlardan əlavə, hazırda PAŞA Sığorta şirkəti könüllü avtomobil sığortası (KASKO) üzrə kampaniya keçirir. Kampaniyanın şərtlərinə əsasən, 31 may tarixinədək PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək fərdi müştərilər sadəcə 10 aylıq dövr üçün sığorta haqqı ödəməklə avtomobil üçün tam bir illik təminat əldə edə biləcəklər. Belə ki, 12 ay üçün hesablanan sığorta haqqının 2 aya düşən hissəsi şirkət tərəfindən qarşılanacaq ki, bununla da müştərilər 2 aylıq KASKO təminatından hədiyyə olaraq faydalanacaqlar. Kampaniya çərçivəsində müştərilərə sığorta haqqını xüsusi güzəştli qrafiklə hissəli formada ödəmək imkanı da təqdim olunur.
Qeyd edilən bu dövr ərzində şirkət pandemiyaya yoluxmuş insanların sağlamlığını geri qaytarmaq üçün qəhrəmancasına mübarizə aparan tibb işçilərimizə təşəkkür etməyi də unutmadı. Bu məqsədlə, PAŞA Sığorta şirkəti tibb işçiləri üçün KASKO sığortasına 50% endirim elan etməkdədir. Belə ki, KASKO sığortası əldə etmək istəyən tibb işçilərinə sığorta haqqı məbləğinin 50 % qismində endirim olunacaq. Kampaniyadan yararlanmaq istəyən səhiyyə əməkdaşları müraciət zamanı peşələrini təsdiq edən hər hansı sənəd təqdim etməklə endirimdən faydalana biləcəklər.
Həmçinin PAŞA Sığorta şirkəti korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq qlobal təhlükə ilə mübarizəyə dəstək məqsədi ilə Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait 100 000 AZN məbləğində vəsait köçürüb.
Şirkət karantin dövründə korporativ müştərilərini də diqqətsiz qoymamışdır. PAŞA Sığorta şirkəti ilə korporativ istiqamətdə əməkdaşlıq edən bütün şirkətlərin əməkdaşlarının vaxtlarının səmərəli və faydalı keçirilməsi məqsədi ilə vebinarlar təşkil olunub. Vebinarın məruzəçiləri Microsoft Azərbaycanın baş direktoru Qaçay Mirzəyev “Karantində təhlükəsiz şəkildə evdən səmərəli işləmək” mövzusunda, məşhur tarixçi Fuad Axundov isə “Bakı mədəniyyəti və yaradıcılığının 100 illik inkişafı” mövzusunda maraqlı vebinarlarla çıxış edib.
Sığorta hadisələrinin tənzinlənməsi prosesinə gəldikdə isə müştərilərin təhlükəsizliyinin təmin olunması və proseslərin tezləşdirilməsi məqsədi ilə şirkətdaxili qərara əsasən zərərlilik təxmini 500 AZN-ə qədər olan sığorta hadisələrinə qəza komissarların çıxılmaması qərara alınıb.
Karantin dövründə mövcud olan sistemlər və prosedurlar müştərilərə ofis hüdudlarından kənarda belə yüksək, keyfiyyətli və çevik xidmət göstərməyə imkan yaradıb. Müştəri müraciətləri və istəkləri *7000 Sığorta Məsləhətləri Xətti, rəsmi veb saytda mövcud olan onlayn çat və chatBOT, sosial mediada rəsmi səhifələr vasitələri ilə qəbul olunurdu. Həmçinin əgər müştəri müraciətini canlı video zəng vasitəsi ilə ünvanlanmaq istəyirdisə, bunun üçün WhatsApp tətbiqinindən istifadə etmək mümkündür və bu məqsədlə ayrıca olaraq 0512258978 nömrəsi ayrılıb.
Həmçinin şirkətin rəsmi sosial media səhifələrində karantin dövründə hər gün maarifləndirici və izləyicilərin zamanlarının daha faydalı keçirilməsi məqsədi ilə paylaşımlar edilir, hədiyyəli müsabiqələr keçirilirdi.
Şirkətdən verilən məlumata görə, PAŞA Sığorta şirkətinin müştərilərini yeni məhsullar, kampaniyalar gözləyir, şirkət karantin dövründə müştərilərinə tam dəstək olmaq üçün yeni imtiyazlar təqdim etməyə davam edəcək.
Hal hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən etibarən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.