...

“Aztelekom” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb (FOTO)

Cəmiyyət Materials 23 May 2020 10:19 (UTC +04:00)
“Aztelekom” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb (FOTO)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC daha bir sosial məsuliyyət tədbiri həyata keçirib.

Nazirlikdən Trendə verilən məlumata görə, Ramazan bayramı münasibəti ilə qurumun kollektivi tərəfindən bir qrup ailəyə bayram sovqatı hazırlanıb.

Bayram ərəfəsində “Aztelekom”un əməkdaşları aztəminatlı ailələrə bayram sovqatını çatdırıb.

“Aztelekom” MMC xeyirxah təşəbbüsləri gələcəkdə də davam etdirməyi nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti