...

Koronavirusa ümumi yoluxmanın 47 faizi Bakının payına düşür - Ramin Bayramlı

Cəmiyyət Materials 29 May 2020 18:33 (UTC +04:00)
Koronavirusa ümumi yoluxmanın 47 faizi Bakının payına düşür - Ramin Bayramlı

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirusa ümumi yoluxma hallarının 47 faizi Bakının payına düşür.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, yoluxma göstəricisi Gəncə-Qazax bölgəsində 13,6 faiz, Aran rayonlarında 11,1 faiz, Abşeronda isə 9,2 faizdir. Digər bölgələrdə yoluxma göstəricisi təxminən 5 faizdən aşağıdır:

“Son günlər ərzində yoluxma tempinin yüksək olduğu ərazilər adlarını qeyd etdiyim rayon və şəhərlərdir. Bu rayonların bəzilərində bir neçə kənddə xüsusi yoluxma halları qeydə alınır.

Bakı şəhəri üzrə ümumi yoluxma sayı üstünlük təşkil edir. Paytaxtın Yasamal rayonunda yoluxma göstəricisi 14,5 faiz, Nəsimidə 13 faiz, Binəqədidə 11,1 faizi , 10 Xətaidə 10 faiz, Qaradağda 7 faiz, Nizami rayonunda isə 5,9 faiz müşahidə edilib".

O əlavə edib ki, məhdudiyyətlərin tətbiq olunmağa başlanıldığı aprel ayının əvvəlində xəstə sayında azalma müşahidə edildi. Amma məhdudiyyətlərin aradan qaldırıldığı vaxtdan etibarən xəstələrin sayında artım baş verir:

“Vətəndaşlarımızın qaydalara əməl etməməsi nəticəsində yoluxma sayında artım müşahidə edilir. İnfeksiyanı məhdudlaşdırmaq istəyiriksə, ya sərt karantin rejimi olmalıdır, ya da qaydalara əməl edilməlidir. Bütün dünyada olduğu kimi, biz də ikinci yolu seçməliyik. Lakin bu qaydalara əməl etməyi özümüzə aşılamalıyıq”.

R.Bayramlı qeyd edib ki, qaydalara əməl edilməməsi nəticəsində ölkədə virusa yoluxanların sayı sağalanların sayından çoxdur. Həmçinin, ağır xəstələrin sayının artmasına baxmayaraq, vəfat edənlərin sayında ciddi artım müşahidə edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti