...

Kafe və restoranlarda açıq bufetdən istifadə qadağandır - RƏSMİ

Cəmiyyət Materials 29 May 2020 18:48 (UTC +04:00)
Kafe və restoranlarda açıq bufetdən istifadə qadağandır - RƏSMİ

Bakı. İlhamə İsabalayeva – Trend:

Kafe və restoranlarda açıq bufetdən istifadə etmək qəti qadağan edilir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, kafe və restoranlarda masa arxasında olarkən maskadan istifadə etməmək olar, bütün digər hallarda maskadan istifadə olunmalıdır. İnsanlar restorandan çıxıb geri qayıtdıqdan sonra əllərini yumalıdırlar.

Bununla yanaşı, ictimai iaşə müəssisələrində karantin qaydalarına nəzarət edən xüsusi şəxs olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti