...

Abşeron Rayon İcra Hakimiyyəti Görədildəki Şəhidlər abidəsi ilə bağlı yayılan xəbərləri təkzib etdi (FOTO/VİDEO)

Cəmiyyət Materials 30 May 2020 14:00 (UTC +04:00)
Abşeron Rayon İcra Hakimiyyəti Görədildəki Şəhidlər abidəsi ilə bağlı yayılan xəbərləri təkzib etdi (FOTO/VİDEO)

Bakı. Trend:

Artıq 2 həftədir ki, bəzi kütləvi informasiya vasitlərində Abşeron rayonunun Görədil kəndində şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin baxımsız olması və orada heyvanların otarılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar tirajlanır.

Abşeron Rayon İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, həmin yazılarda “Qarabağ şəhidlər bulağı”nın ətrafında guya qoyun sürüsünün saxlanılması ilə bağlı informasiya verilir. Abşeron Rayon İcra Hakimiyyəti olaraq bu məsələ ilə əlaqədar rəsmi münasibət birdirməyiməzə baxmayaraq, sözügedən mövzu dəfələrlə birtəfərli qaydada dərc edilərək “KİV haqqında” qanunun tələbləri pozulur. Şəhidlərimizin adından istifadə olunaraq qərəzli informasiya yayılır və məqsədli şəkildə insanların heysiyyatına toxunulur.

Rayon İcra Hakimiyyəti olaraq bir daha bildiririk ki, Görədil kəndindəki Şəhidlər abidəsinin ərazisi aqlay daşlarla döşənib, abadlaşdırılmışdır. Hazırda şəhidlər kompleksi normal vəziyyətdədir. Ora həm Abşeron rayon İcra Hakimiyyəti, həm də Görədil bələdiyyəsi tərəfindən diqqət göstərilib və təmir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti