...

Sabah Bakıda havanın temperaturu 35 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 9 İyun 2020 12:37 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.
Sabah Bakıda havanın temperaturu 35 dərəcəyə yüksələcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 31-36, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

İyunun 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti