...

Ülvi Mehdiyev: İcazə sistemi qeyri-formal məşğulluğun xeyli dərəcədə aradan qaldırılmasına səbəb oldu

Cəmiyyət Materials 12 İyun 2020 17:54 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejimində 70 minə yaxın yeni əmək müqaviləsinin imzalanmasının şahidi olduq.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, icazələr sistemi aprel ayının 3-dən tətbiq edilməyə başladı: “Həmin dövrdən etibarən 70 minə yaxın yeni əmək müqaviləsinin bağlanmasının şahidi olduq. Çünki təşkilatlar icazə almaq üçün icazə sistemində işçinin mütləq əmək və ya xidməti müqaviləsinin olmasını göstərməli idi. Bu cür məhdudiyyətlər onları məcbur edib ki, indiyə qədər qeyri-rəsmi işlətdikləri işçiləri rəsimləşdirsinlər.

Bu mənada icazə sistemi qeyri-formal məşğulluğun xeyli dərəcədə aradan qaldırılmasına səbəb oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti