...

Vasif Əliyev: Kinoteatrların fəaliyyətinin bərpası gündəmdə deyil

Cəmiyyət Materials 12 İyun 2020 18:27 (UTC +04:00)
Vasif Əliyev: Kinoteatrların fəaliyyətinin bərpası gündəmdə deyil

Bakı. Asif Mehman - Trend:

Xəstəliyin yayılmasının qarşısını almaq üçün əyləncə mərkəzləri və kinoteatrların fəaliyyətinin bərpası gündəmdə deyil.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, mövcud sanitar-epidemioloji durum əyləncə mərkəzlərinin və kinoteatrların fəaliyyətinin bərpasına imkan vermir. Bu sahənin lazımlılıq dərəcəsi aşağı olduğuna görə, bu fəaliyyət sahələrinin bərpası müzakirə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti