...

Kamran Əliyev yol polisinin karantin rejiminin pozulması ilə bağlı yazdığı cərimələrdən danışdı

Cəmiyyət Materials 12 İyun 2020 18:35 (UTC +04:00)
Kamran Əliyev yol polisinin karantin rejiminin pozulması ilə bağlı yazdığı cərimələrdən danışdı

Bakı. Samir Əli - Trend:

Yol polisi mayın 13-dək karantin rejiminin pozulması ilə bağlı inzibati xəta barədə qərar verməyib.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, yol polisi tərəfindən həmin vaxta qədər protokollar üzrə də qərarlar çıxarılmayıb: "Bu qərarlar digər polis orqanlarının rəhbərləri və polis sahə müvəkkilləri tərəfindən çıxarılıb. Mayın 13-dən sonra bu səlahiyyət yol polisinə verildi və bu qərarlar yol polisi tərəfindən çıxarılmağa başlandı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti