...

Milli Məclisin iki əməkdaşında koronavirus aşkarlanıb

Cəmiyyət Materials 16 İyun 2020 11:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Milli Məclisində “COVİD 19” karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.
Milli Məclisin iki əməkdaşında koronavirus aşkarlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisdə “COVİD 19” koronavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Qeyd olunub ki, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD-19 testinin nəticəsi müsbət çıxıb.

Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti