...

Evdə müalicə olunacaq xəstələrin statistikası aparılacaq

Cəmiyyət Materials 25 İyun 2020 18:08 (UTC +04:00)
Evdə müalicə olunacaq xəstələrin statistikası aparılacaq

Bakı. Samir Əli - Trend:

Evdə müşahidə altında saxlanılan xəstələrin statistikası aparılacaq.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB bununla bağlı proqram hazırlayır: "Bu proqram vasitəsilə evdə müalicə olunan və müşahidə altında saxlanılan xəstələrin statistikası aparılacaq. Kimsəsiz xəstələrə isə könüllülər yardım edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti