...

Bakı məktəblisi yeni sərinləndirici model hazırlayıb

Cəmiyyət Materials 30 İyun 2020 14:55 (UTC +04:00)
Paytaxt məktəblisi yeni sərinləndirici modeli hazırlayıb.
Bakı məktəblisi yeni sərinləndirici model hazırlayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Paytaxt məktəblisi yeni sərinləndirici modeli hazırlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 56 nömrəli tam orta məktəbin IV sinif şagirdi David Mahmudovun hazırladığı model stolüstü sərinləndirmə funksiyasını yerinə yetirir. Modeli hazırlamaq üçün məktəbli ilk olaraq kartondan istifadə edərək sərinləndiricinin pərvanələrini düzəldib. Elektriklə işləyən modelin pərvanələri hər iki istiqamət üzrə hərəkət edə bilir.

Qeyd edək ki, bu, istedadlı məktəblinin hazırladığı ilk cihaz modeli deyil. Bundan öncə də məktəbli müxtəlif əşyalardan istifadə edərək bir sıra fərqli modellər hazırlayıb.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar evdə asudə vaxtından səmərəli istifadə edən məktəblinin yeni cihazların mexanizmini dərindən öyrənərək uğurla tətbiq etməsi onun texnologiya və robototexnikaya olan marağından irəli gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti