...

Gənclər üçün “Yaradıcılıq”, “Xeyriyyəçilik” və “Könüllülük” müsabiqələrinin qalibləri elan olundu (FOTO)

Cəmiyyət Materials 30 İyun 2020 16:12 (UTC +04:00)
İƏT Gənclər Forumunun Avrasiya üzrə Gənclər Forumu
Gənclər üçün “Yaradıcılıq”, “Xeyriyyəçilik” və “Könüllülük” müsabiqələrinin qalibləri elan olundu (FOTO)

Bakı. Trend:

Bakıda yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılğı və Pakistan, Rumıniya, Qazaxstan və Tatarstandan (RF) olan gənclər təşkilatlarının tərəfdaşlığı ilə may-iyun aylarında onlayn formatda keçirilən yaradıcılıq, könüllülük və xeyriyyəçilik nominasiyaları üzrə müsabiqələr başa çatıb.

İƏT Gənclər Forumunun Avrasiya üzrə Gənclər Forumundan Trend-ə bildirilib ki, Regional Mərkəzin əhatə etdiyi coğrafiyada 14-35 yaş arasında olan yeniyetmə və gənclər arasında beynəlxalq səviyyədə keçirilən müsabiqənin məqsədi pandemiya dövründə gənclərin yaradıcılıq fəaliyyətini dəstəkləmək, həmçinin könüllülük və xeyriyyəçilik kimi müsbət davranış və fəaliyyətlərin gənclər arasında təbliği olub.

Müsabiqələr üzrə yaradılmış jürinin yekdil qərarına əsasən, Azərbaycandan olan və Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Qarabağ Könüllüləri platformasını təmsil edən Suad Muradov “Könüllüllük”, Pakistandan olan gənc fəal Qaiser Navab “Xeyriyyəçilik” və Malayziyalı gənc qrafik dizayner İffah Rezali isə “Yaradıcılıq” müsabiqələrinin qalibləri elan ediliblər.

CreaTest - yaradıcılıq müsabiqəsində gənclər yaşadıqları cəmiyyətlərdəki mövcud aktual məsələlərə toxunan, yerli və ya qlobal mesajlar ehtiva edən posterlər hazırlayıb təqdim ediblər. ChariTest - xeyriyyəçilik müsabiqəsi gənclər tərəfindən sosial gəliri aşağı olan icma və qruplar və ya aztəminatlı aiələlər üçün yardım layihələrinin təqdim edilməsini nəzərdə tutub. VolunTest - könüllülük müsabiqəsində isə gənclər pandemiya dövründə həyata keçirdikləri könüllülük fəaliyyətləri ilə bağlı ətraflı məlumat təqdim ediblər. Hər üç nominasiya üzrə qaliblərə müvafiq pul mükafatları təsis edilib. CreaTest müsabiqəsi İƏT Gənclər Forumunun İstanbuldakı qərargahının əməkdaşlığı ilə ümumilikdə İƏT coğrafiyası üzrə həyata keçirilib.

Qeyd etmək lazımdır ki, uğurla keçirilən müsabiqələrə gənclər tərəfindən böyük maraq olub və ümumilikdə 30-dan artıq ölkədən yüzlərlə müraciət qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti