...

2 polis əməkdaşı koronavirusdan vəfat edib

Cəmiyyət Materials 6 İyul 2020 10:23 (UTC +04:00)
2 polis əməkdaşı koronavirusdan vəfat edib

Bakı. Trend:

Azərbaycanda koronavirusdan ölənlər arasında polis əməkdaşları da var.

Trend-in məlumatına görə, COVİD-19-dan müalicə olunan 2 polis əməkdaşı dünyasını dəyişib. Onlardan biri iyulun 1-də, digəri isə iyulun 4-də vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktla bağlı məlumatı Trend-ə təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti