...

Gürcüstanda olan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir

Cəmiyyət Materials 11 İyul 2020 12:03 (UTC +04:00)
Gürcüstanda olan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir

Bakı. Trend:

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədə qalan vətəndaşlarımızın növbəti təxliyəsini həyata keçirəcək.

Trend xəbər verir ki, Gürcüstandan təxliyə olunacaq 200-dək Azərbaycan vətəndaşı Tbilisidə koronavirusla bağlı test olunurlar.

Azərbaycanın Gürcüstandakı Səfirliyindən bildirib ki, yoxlama prosesi Gürcüstan Səhiyyə Nazirliyinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərən tibbi laboratoriyada həyata keçirilir.

Nəticələr iyulun 12-də məlum olacaq və Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək. COVID-19 aşkarlanmayan şəxslərə xüsusi arayış veriləcək. Azərbaycan vətəndaşlarının təxliyəsi iyulun 13-nə təyin olunub. Onlar avtobuslarla Azərbaycan səfirliyinin binası qarşısından "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti