...

Ağdam kənd sakini: Hamımız evimizdəyik, heç kim heç yerə getmir (FOTO)

Cəmiyyət Materials 17 İyul 2020 12:53 (UTC +04:00)
Dünən axşamdan Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu ərazisində nisbi sakitlikdir.
Ağdam kənd sakini: Hamımız evimizdəyik, heç kim heç yerə getmir (FOTO)

Bakı. Samir Əli - Trend:

Dünən axşamdan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində nisbi sakitlikdir.

Bunu Trend-ə açıqlamasında Tovuz rayonunun Ağdam kənd sakini İsa Əliyev deyib. Onun sözlərinə görə, hazırda ərazidə atışma yoxdur:

"Dünəndən artıq sakitlikdir, atəş səsləri eşidilmir. Biz heç yerə getməmişik, öz evlərimizdəyilk, heç yerə getmək fikrimiz də yoxdur. Biz 90-cı illərdə də öz kəndimizdə, evimizdə olmuşuq. Bundan sonra da axıra qədər öz kəndimizdə olacağıq. Hamımız öz evimizdə, həyətimizdə gündəlik təsərrüfat işləri ilə məşğul oluruq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti