...

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası Azərbaycan milli mətbuatının 145 illiyi ilə bağlı toplanıb

Cəmiyyət Materials 22 İyul 2020 19:36 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Azərbaycan milli mətbuatının 145 illiyi ilə bağlı onlayn rejimdə toplantısı keçirilib. Müxtəlif ölkələrdən Assosiasiyaya üzv təşkilatların nümayəndələrinin qatıldıqları tədbirdə iştirakçılara Azərbaycan mətbuatın tarixi, keçdiyi yolun xüsusiyyətləri, bu günü və perspektiv vəzifələri barədə geniş məlumat verilib.

MŞ-dən Trend-ə bildirilib ki, Azərbaycan Mətbuat Şurasının sədri, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavini Əflatun Amaşov bildirib ki, əsası 1875-ci ildə böyük maarifçi, alim Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulmuş milli mətbuatımız xalqın milli özünüdərk prosesində mühüm ictimai institut olmuşdur. Onun daşıdığı maarifçilik missiyası nəticəsində xalqımız milli dövlətçilik şüuru əldə etmişdir. Nəticə etibarilə 1918-ci ildə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ideya bazası formalaşmışdı. Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay müddətində fəaliyyət göstərmiş kütləvi informasiya vasitələrinin palitrası zəngin olmuşdur. Başlıca rolu isə milli ruhlu nəşrlər oynamışdır. Onlar cümhuriyyət ideyalarının təbliğatçıları kimi çıxış etmişlər. “Təəssüf ki, həmin vaxt Azərbaycanın müstəqilliyinin ömrü cəmi iki olmuşdu. Sovet işğalından sonra mətbuat başlıca olaraq Kommunist Parityasının və rejimin ruporu rolunda çıxış etsə də, həmin vaxt mövcud olmuş mətbuat orqanları milli mədəniyyəti və incəsənəti təbliğ etməklə Həsən bəy Zərdabi tərəfindən müəyyənləşdirilmiş ənənələrə sadiqlik kursu nümayiş etdirmişdilər. XIX əsrin sonlarına doğru isə mətbuat mədəniyyət, məişət müstəvisində ortaya qoyduğu məsələlərə ictimai-siyasi motivlər əlavə etmişdir. Bu isə xalqın azadlıq və müstəqillik mübarizəsinə mühüm dəstək olmuşdur”, - deyən Ə.Amaşov əlavə edib ki, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də ciddi uğurlar əldə edilmişdir. O, uğurları xarakterizə edərkən iki başlıca məqamın üzərində dayanıb. Bunlardan birincisi, qanunvericilik bazasının təkmilləşməsidir. Digər cəhət kimi mediaya sistemli dövlət dəstəyinin göstərilməsi, medianın fəaliyyətinin cəmiyyətin və dövlətin mənafeləri ilə uzlaşdırılması vurğulanmalıdır”, - deyə Ə.Amaşov vurğulayıb.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında müasir dövrdə Azərbaycan mediasının inkişaf istiqamətləri ilə bağlı məlumat verib. O bildirib ki, Azərbaycana münasibətdə beynəlxalq miqyasda ikili standartlar siyasəti həyata keçirilməkdədir. Bu siyasətin qarşısının alınmasındakı mühüm vasitə mediadır. Buna görə də hazırda qarşıya qoyulan başlıca vəzifələrdən biri Azərbaycan mediasının beynəlxalq media məkanına daha sıx inteqrasiyasının təmin olunmasıdır.
Toplantıda həmçinin dünyada söz azadlığının durumu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti