...

Nəbatat Bağının kolleksiyasında viruslara qarşı dərman bitkiləri var

Cəmiyyət Materials 30 İyul 2020 01:12 (UTC +04:00)
AMEA-nın Mərkəzi Nəbatat Bağının dərman bitkiləri kolleksiyasında viruslara qarşı mübarizədə geniş istifadə olunan dərman bitkiləri yer alıb.
Nəbatat Bağının kolleksiyasında viruslara qarşı dərman bitkiləri var

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Mərkəzi Nəbatat Bağının dərman bitkiləri kolleksiyasında viruslara qarşı mübarizədə geniş istifadə olunan dərman bitkiləri yer alıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, bu bitkilərə Malva sylvestris L. (Meşə əməköməcisi), Matricaria chamomillae L. (Adi mollabaşı), Urtica dioica L. (İkievli gicitkən), Asparagus officinalis L. (Dərman qulançarı), Tussilago farfara L. (Adi dəvədabanı), Mentha piperitae L. (Nanə), Achillea millefolium L. (Adi boymadərən), Origanum vulgare L. (Adi qaraot), qaraqınıq, Carum carvi L.(Adi zirə), Melissa officinalis L. (Dərman bədrənci), Allium sativum L. (Sarımsaq), Althaea officinalis L. (dərman bəlğəmotu), Arcticum lappa L. (iri atpıtrağı), Sambucus nigra L. (qara gəndəlaş), Cyclamen elegans Boiss. (zərif meşənovruzu), Inula helenium L. (uca andız), Hypericum perforatum L. (zəif dazıotu), Phytolacca americana L. (amerika çiçəbaharı), Plantago major L. (böyük bağayarpağı), Valeriana officinalis L. (dərman pişikotu) və s. misal göstərmək olar.

Bir çox xəstəliklərin profilaktika və müalicəsində geniş istifadə olunan bu bitkilər antibakterial, iltihabi proseslərə qarşı təsirə malik olub, xüsusilə ağciyər xəstəliklərində viruslara qarşı əhəmiyyətlidir. Bitkilərin tərkibindəki farmakoloji aktiv maddələr (karotinoidlər, flavonoidlər, aldehidlər, alkaloidlər, şəkərlər, polisaxaridlər, taninlər və s.) insan və heyvan orqanizminə farmakoloji və toksiki təsir göstərir.

Tədqiq olunan bitkilərin tərkibində A, B, C, D, K C, PP vitaminləri, zülallar, kalsium, flor, fol turşusu, sink, dəmir, mis və selen elementlərinin birləşmələri də mövcuddur. Bu maddələr immun sistemini gücləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti