...

Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət edilib (FOTO)

Cəmiyyət Materials 1 Avqust 2020 17:42 (UTC +04:00)
Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət edilib (FOTO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən hərbi qulluqçular Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət edib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, bayram münasibətilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid ailələrinə baş çəkilib, onlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti