Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 19-na olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 359 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 849 628 test aparılıb. Aktiv xəstə sayı 1 747 nəfərdir, onlardan 178 nəfər reanimasiyadadır, 28 nəfər isə süni tənəffüs aparatına qoşulub.